Icma.az bildirir, Avtosfer portalına istinadən.
Abşeron rayonu, Masazır qəsəbəsində qayda pozan sürücü videoqeydiyyatçıya düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Hadisə aprelin 3-də saat 13:30 radələrində Əliağa Vahid küçəsində qeydə alınıb. Belə ki, 01-CN-086 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü hərəkətdə olan maşına əhəmiyyət vermədən yola daxil olub və ona qəza şəraiti yaradıb. Bu vaxt görüntünü qeydə alan sürücü siqnal verərək xəbərdarlıq edib. Şikayətçinin sözlərinə görə, siqnal səsinə əsəbiləşən xanım sürücü onu “cəzalandırmaq” qərarına gəlib. Belə ki, o, tormoz verərək sürücüyə yenidən təhlükə yaradıb.
Nərmin