Qayda pozan sürücü onu çəkən qadın sərnişini təhqir etdi VİDEO

28.09.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhərində 214 nömrəli marşrut avtobusunda sərnişinlə sürücü arasında insident baş verib.

Avtosfer.az xəbər verir ki, vətəndaş Günay Hümbətovanın sözlərinə görə, hadisə sentyabrın 24-ü işə gedərkən baş verib.

Onun iddiasına görə, avtobusun sürücüsü sərnişinlərə qarşı kobud davranıb və bir neçə nəfərlə mübahisə edib. Sürücünün sərnişinlərə qarşı təhqiramiz və hədələyici ifadələr işlətdiyi bildirilir.

Günay Hümbətova sürücünün davranışına etiraz edərək sərnişinləri təhqir etməyin yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, bundan sonra sürücü ona qarşı da yüksək səslə danışaraq təhqirləri davam etdirib.

Sərnişin bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara şikayət edib.

Eltac

bax.tvhttps://player.bax.tv/embed/227360.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью