Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Salyan şosesində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 18-də saat 16:55 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, 77-RD-820 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü sağ zolaqda hərəkətdə olan nəqliyyat vasitəsinə yol vermədən manevr edib. Bu zaman sürücü görüntünü qeydə alan avtomobilin qarşısına çıxaraq qəza şəraiti yaradıb.
Sürücü bir müddət sonra işıqforun sarı işığı yanıb-sönərkən dayanmayaraq hərəkətini davam etdirib.
Xatırladaq ki, qanunvericiliyə əsasən, manevr edən sürücü hərəkət istiqamətini dəyişərkən digər hərəkət iştirakçılarına təhlükə yaratmamalı və onların hərəkətinə maneə törətməməlidir. İşıqforun sarı işığı isə, qaydada nəzərdə tutulan hallar istisna olmaqla, hərəkətin dayandırılmasını tələb edir.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/227184.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar