Qayda pozan sürücü “VAZ”ı öndəki maşına çırpıb yararsız hala saldı VİDEO

15.07.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hökməli yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 14-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-GT-118 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşın, 90-MJ-044 dövlət nömrə nişanlı “Mazda” markalı avtomobillə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb  düzgün ara məsafəsinin təyin edilməməsi olub. Nəticədə bir-birinə çırpılan hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Qəzalı “VAZ” evakuator vasitəsilə ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью