Qayda pozmadan geriyə dönmək istəyən sürücü daha kobud qayda pozdu 77ME414 VİDEO

10.12.2024

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda sürücü qaydaları pozmamaq üçün daha kobud qayda pozuntusu törədib. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 25-də, paytaxtın Akim Abbasov küçəsində baş verib.

Belə ki, 77-ME-414 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü yolayrıcında geriyə dönmək istəyib. Lakin hərəkət düzünə təşkil edildiyi üçün sürücü qayda pozmamaq üçün Zahid Xəlilov küçəsinə yaşıl işığın yanmasını gözləyib. Bundan sonra o, geriyə dönərək hərəkətinə davam edib.

Qeyd edək ki, sürücünün etdiyi bu hərəkət daha kobud və təhlükəli qayda pozuntusu hesab edilir.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью