Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, insident yanvarın 26-da saat 14:20 radələrində baş verib.
Görüntülərdən aydın olur ki, 90-VJ-011 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü avtobus zolağından hərəkət edərək qəfil şəkildə birbaşa ən sol zolağa keçir. Bu zaman həmin zolaqda hərəkətdə olan “Chevrolet” markalı avtomobil üçün qəza şəraiti yaranır.
Toqquşmanın qarşısını almaq məqsədilə “Chevrolet” sürücüsü qoşa xətti tapdalayaraq əks istiqamətli yola çıxmağa məcbur qalır. Nəticədə qarşıdan gələn nəqliyyat vasitəsi ilə üz-üzə qalaraq ciddi təhlükə yaşayır. Bir neçə saniyəlik riskli vəziyyətdən sonra sürücü yenidən öz hərəkət zolağına qayıdır.
Qeyd edək ki, avtobus zolağı ilə hərəkət və oradan digər zolaqlara kəskin manevr etmək yol hərəkəti qaydalarının kobud pozuntusu hesab olunur. Bu cür davranışlar həm sürücülərin, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır.
Nərmin
Oxunub 274