Qaydalar dəyişdi Onlar da pulsuz oxuyacaq, amma bir şərtlə...

23.01.2026

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan müstəqillik qazanan gündən yüzminlərlə şəxsin təhsil haqqı dövlət tərəfindən ödənilib. Həmin şəxslər məcburi köçkünlər, iki valideynini və ya ailə başçısını itirmiş şəxslər, qazilər və.s olurdu. Ötən günlərdə Milli Məclisdə təhsil məsələləri ilə bağlı qanuna dəyişiklik edildi. Bundan sonra sosial müdafiəyə ehtiyacı olan hər bir şəxsin də təhsil haqqı dövlət tərəfindən ödənəcək.
Məsələ ilə bağlı deputat Ceyhun Məmmədov Demokrat.az-a bildirib ki, bütün şəxslər, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlarla bağlı təhsil sahəsində yeni bir reallıq formalaşır:
"Bu kateqoriyaya aid şəxslərin əsas təhsil haqları dövlət tərəfindən qarşılanacaq. Yəni sosial müdafiəyə ehtiyacı olan şəxslər üçün təhsil haqqının ödənilməsi dövlətin üzərinə düşür".
Deputat deyib ki, yalnız bir istisna var:
"Əlavə təhsil sahəsində yanaşma dəyişir və bu istiqamətdə əvvəlki mexanizm tətbiq olunmayacaq. Lakin ümumilikdə sosial müdafiəyə ehtiyacı olan bütün şəxslərin əsas təhsil xərcləri dövlət tərəfindən ödəniləcək və onlar ödənişsiz təhsillə təmin olunacaqlar".
"Bu addım dövlətin sosial həssas qruplara göstərdiyi növbəti diqqət və qayğının göstəricisi kimi dəyərləndirilməlidir və həmin vətəndaşlara yönəlmiş sosial dəstəyin daha da gücləndiyini göstərir"- deyə deputat qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью