Qaydalardan bixəbər sürücülər motosikletçiyə çətin anlar yaşatdı VİDEO

18.11.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paytaxtın Heydər Əliyev prospektində qayda pozan sürücülər kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisələr bir müddət əvvəl səhər saatlarında qeydə alınıb.

Kadrlardan görünür ki, 77-SY-489 dövlət nömrə nişanlı “BYD” markalı avtomobilin sürücüsü zolaqda yerləşmə qaydasını pozub. Belə ki, o, yalnız düzünə hərəkətə icazə verən zolaqdan sola manevr edib. Üstəlik, sürücü sola dönməsinə baxmayaraq, sağa dönmə siqnalını yandırıb. Bu zaman manevr etdiyi zolaqda hərəkətdə olan motosiklet üçün qəza şəraiti yaradıb.

Bundan bir qədər sonra 90-VP-193 dövlət nömrə nişanlı “VAZ-2104” markalı avtomobilin sürücüsü də qayda pozuntusuna yol verib. O, sol zolaqda hərəkət edən həmin motosikletçiyə məhəl qoymadan manevr edərək qəza riski yaradıb.

Nərmin

bax.tvhttps://bax.tv/embed/228978.html

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью