Qaydaları saymayan sürücülər: Biri qırmızıda keçdi, o biri əks yola çıxdı VİDEO

17.04.2026

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə aprelin 4-də paytaxtın Lütfi Zadə küçəsində qeydə alınıb. Belə ki, 99-QH-786 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında yolayrıcına daxil olaraq sola dönüb.

Həmin kəsişmədə sıxlıqda gözləmək istəməyən 10-CY-501 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü isə qoşa xəttin tələbini pozaraq əks yola çıxıb.

Sözügedən görüntüləri təqdim edirik.

Fərid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью