Qaydaları saymayıb avtobus zolağı ilə hərəkət edən sürücü kimdir? 99 UU 900 VİDEO

16.04.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda qaydaları saymayan sürücünün hərəkətləri avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 3-də, paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb.

Belə ki, 99-UU-900 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü hərəkət etdiyi ən sol zolaqdan qəfil manevr edərək avtobus zolağına daxil olub. Daha sonra isə həmin zolaqda hərəkət edərək qaydaları pozub.

Sözügedən videonu təqdim edirik.

Fərid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью