Qayıdış davam edir | Icma.az
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fuad Əliyev: “Qarabağ və Şərqi Zəngəzur tez bir zamanda bütün dünyanın diqqət mərkəzində olacaq” «Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır» İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Qarabağın işğaldan azad edilən hissəsi və Şərqi Zəngəzuru bərpa etmək və bu ərazilərin yerli sakinləri olan azərbaycanlıları geri qaytarmaq prosesi sürətlə davam edir.
Böyük Qayıdış layihəsinə dağılan şəhərlərin və binaların yenidən qurulması, ağıllı kəndlərin, eləcə də hava limanlarının tikintisi daxildir ki, proses hər il mərhələli şəkildə həyata keçirilir.
Xatırladaq ki, 2026-cı ilə qədər Böyük Qayıdış proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır.
Hazırda işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun 6 şəhərində (Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Cəbrayıl) və 13 kəndində azərbaycanlıların məskunlaşdırılması ilkin olaraq təmin edilibr.
Cəbrayılın Cocuq Mərcanlı kəndi Aprel döyüşlərindən sonra Zəngilanın Ağalı kəndi isə işğaldan sonra azərbaycanlıların məskunlaşdığı ilk yaşayış yeridir.
10 may 2024-cü il tarixindən etibarən, keçmiş Laçın dəhlizinə daxil olan 3 yaşayış məntəqəsində də (Laçın, Zabux və Sus) azərbaycanlıların məskunlaşdırılmasının başlaması təmin edilib.
Tam oxu
Xəbəri oxu