futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Barselona”nın ev oyunlarını keçirdiyi “Kamp Nou”ya qayıdığı yenidən təxirə salınıb.
Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Arenada 2022-ci ildən yenidənqurma işləri başlayıb. Qayıdış daha əvvəl 2024-cü ilin payızına, daha sonra 2025-ci ilin aprelinə, bir müddət əvvəl isə bu ilin avqustuna planlaşdırılırdı. Barselona Şəhər Şurası arenaya baxış keçirib və müəyyən çatışmazlıqlar tapıb. Bu səbəbdən stadiona lisenziya verilməsi yubadılır.
“Barselona”nın 2026-cı ilə qədər “Kamp Nou”ya qayıtmayacağı qeyd edilir.
Klub ev oyunlarını Olimpiya Stadionunda keçirir.