Qayıdışın faydaları “Kəpəz” dirçəlişdə

02.11.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncəyə qayıdan “Kəpəz” son illərin ən yaxşı startını edib.

Mövsümün əvvəlində baş məşqçi postuna Azər Məmmədovu gətirən “sarı-göylər” uğurlu qrafik cızmaqdadır. Sonuncu dəfə sentyabrda “Şamaxı”ya uduzan “Kəpəz” 7 oyundur, məğlub olmur. Komanda bu görüşlərdə 5 qələbə qazanıb, 3 dəfə heç-heçə edib.

Ölkə kubokunun II təsnifat mərhələsində “Baku Sportinq”i mübarizədən kənarlaşdıran gəncəlilər Misli Premyer Liqasında isə dünən “İmişli”yə qalib gəldi – 1:0.

Bu mövsümdən ev oyunlarını Gəncə şəhər stadionunda keçirən “Kəpəz” azarkeş dəstəyindən də yararlanaraq, müsbət nəticələr əldə edir. Demək olar ki, hər tur ən çox tamaşaçı məhz bu arenaya toplaşır. Komandanın dirçəlişində azarkeşlərin dəstəyi mühüm rol oynayır.

“Kəpəz” çempionatda 9 oyundan sonra 17 xal toplayıb. Komandanın ehtiyatda daha bir matçı var. Gəncəlilər turnir cədvəlində beşinci sırada qərarlaşıb və lider “Neftçi”dən 4 xal geri qalır.

Liqada növbəti turda bu komandalar Bakıda üz-üzə gələcək. Hər iki kollektiv son beş matçda məğlub olmayıb. “Neftçi” məhsuldar qələbələrlə seçilir, “Kəpəz” isə minimal hesablı qalibiyyətlərlə xallarını artırır. Tərəflərin bir-biriləri ilə son beş görüşündə isə “Neftçi”nin böyük üstünlüyü var – 4 qələbə, 1 heç-heçə.

Premyer Liqanın XI turu çərçivəsində baş tutacaq oyun noyabrın 6-da keçiriləcək.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью