Qayığın yanması nəticəsində 148 nəfər faciəvi şəkildə həlak olub

19.04.2025

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Konqo Demokratik Respublikasının şimal-qərbində Konqo çayında taxta motorlu qayığın yanması nəticəsində azı 148 nəfər həlak olub.

Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki,  500-ə yaxın sərnişini daşıyan “HB Kongolo” adlı qayıq Matankumu limanından Bolombaya doğru yola düşdükdən sonra yanıb.

Məlumata görə, aralarında qadın və uşaqların da olduğu bir çox sərnişin üzməyi bilmədiyi üçün həyatını itirib. Sağ qalan 100 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib, yaralılar isə yaxınlıqdakı xəstəxanalara aparılıb.

Hadisənin qayıqda yemək hazırlayan qadının başlatdığı yanğın nəticəsində baş verdiyi bildirilir.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью