Qayın yeznəsini BIÇAQLADI

02.03.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Tərtər rayon sakini, 1979-cu il təvəllüdlü C.Hüseynov qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, C.Hüseynov qayını tərəfindən bıçaqlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı əraziyə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью