“Qayınanamın əlində olsa ayaqlarını başıma qoyardı“

23.08.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Aktrisa Cəmilə Tağıyeva sosial mediada yazdığı şərhlə diqqət çəkib.

Axşam.az xəbər verir ki, sənətçi qayınanası ilə bağlı izləyicilərindən birinin paylaşımına münasibət bildirib. O, şərhində qeyd olunan qayınana obrazının öz qayınanasına bənzədiyini yazıb.

“Bu qayınananın türk versiyası məndə var, eynisidir. O, artıq həyasızcasına həmişə maşında qabaqda oturub, hələ ayaqlarını da uzadırdı. Pəncərədən əlində olsa, ayaqlarını təpəmə qoyardı” deyə, Cəmilə bildirib.

Aktrisa fikrini yumorla davam etdirərək “Yeni, betərin betəri də var” sözlərini əlavə edib.

Qeyd edək ki, Cəmilə Türkiyə vətəndaşı ilə ailəli olub və ayrılıb. Onun bu nikahdan bir övladı var. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью