Qayınanasını dişləyən gəlinə cinayət işi açıldı

25.09.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Qayınanasını dişləyən gəlinə cinayət işi açılıb.

Modern.az-ın xəbər verir ki, hadisə Astaranın kəndlərindən birində qeydə alınıb.

Kənd sakini 45 yaşlı Səbinə Kərimova (şərti adla) ilə qayınanası arasında mübahisə olub. Mübahisə zamanı Səbinə qayınanası Sudabəni (şərti adla) dişləyərək, ona xəsarət yetirib.

Fakt əsasında S. Kərimova polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, tez-tez qayınanası ilə aralarında dava olur. Sonuncu dava zamanı Sudabə onun saçlarından tutub döymək istəyərkən, ayağından və döş qəfəsindən dişləyib. O, emosional vəziyyətdə bu hadisəni törətdiyini və əməlindən peşman olduğunu bildirib.

Zərərçəkənin sözlərinə görə, hazırda gəlini ilə barışıblar və ona qarşı şikayəti yoxdur. Buna görə də hər iki tərəf cinayət işinə xitam verilməsini istəyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və S. Kərimova məsuliyyətdən azad olunub.

İlyas Turan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью