Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Samux rayonunda 2001-ci il təvəllüdlü Ceyhun şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Vüqarı (adlar şərti verilib - red.) öldürüb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Ceyhun ötən il noyabrın 9-da saat 16 radələrində Samux rayonunun kəndində toy məclisində spirtli içki qəbul edib.
O, toy mağarının qarşısında dayanarkən 1986-cı il təvəllüdlü həmkəndlisi Vüqarın arvadı Nazlı ilə toydan çıxaraq getdiklərini görüb.
Ceyhun toy mağarından çıxan ər-arvadın arxasınca düşüb. Mağardan 60 metr məsafədə Vüqarı bıçaqla hədələyib, ona nalayiq söyüşlər söyüb.
Daha sonra öldürmək məqsədilə Vüqarı münaqişəyə cəlb edib, əlbəyaxa dava zamanı onu bıçaqlamaq istəyib.
Vüqarın qaçmaq cəhdinə baxmayaraq, arvadının gözü qarşısında ona bıçaqla zərbə vurub. Vüqar aldığı xəsarətdən ölüb.
"Üzrlü saymağımı xahiş etdi" İstintaq orqanı tərəfindən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.