Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Goranboy rayonunun Qarasüleymanlı kəndində baş verən hadisənin bəzi təfərrüatları məlum olub.
Ölkə.Az “Report”a istinadən xəbər verir ki, gəlininin həyətinə qumbara atan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlunun psixoloji problemləri olub. Belə ki, o partlayıcını səbəbsiz yerə həyətə atıb.
Qeyd edək ki, hadisə zamanı qadınla yanaşı onun qayınanası və uşaqları da həyətdə olublar.
Hadisə nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı Goranboy Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.