Qayıq faciəsi: Ata boğuldu, oğlu üzərək xilas oldu VİDEO

03.12.2024

Sonxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qayıq faciəsi: Ata boğuldu, oğlu üzərək xilas oldu - VİDEO

Sakaryanın Karasu rayonunun Haralomba məhəlləsində Erol Çiftçi oğlu Okan Çiftçi ilə balıq tutmaq üçün 4 metrlik qayıqla dənizə çıxıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, dalğaların təsirindən qayıq çevrilərək batıb, ata və oğul dənizə düşüb. Erol Çiftçi dalğaların arasında itərkən, oğlu sahilə üzüb. Xəbər üzərinə hadisə yerinə sağlamlıq, jandarma və Sahil Təhlükəsizlik qrupları sövq edildi.

Təxminən 15 dəqiqə dalğalarla mübarizə aparan Erol Çiftçi daha sonra sahilə doğru sürünməyə başlayıb.

Komandalar Erol Çiftçini sudan çıxarıb. Hadisə yerinə gələn sağlamlıq qrupunun ilk müdaxiləsindən sonra Çiftçi Karasu Dövlət Xəstəxanasına aparılıb.

Erol Çiftçini həkimlərin bütün müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью