Qayıq qəzaya uğradı azı 20 nəfər öldü

30.11.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Konqo Demokratik Respublikasının (KDR) şimal-qərbində, Mai-Ndombe gölündə qayığın qəzaya uğraması nəticəsində azı 20 nəfər ölüb. Avtosfer.az-ın məlumatına görə, bu barədə "Africanews" informasiya portalı xəbər yayıb. Məlumata əsasən, qayıq sərnişinləri paytaxt Kinşasaya apararkən çevrilib. Hadisənin səbəbi barədə məlumat verilmir. Bir neçə nəfər isə itkin düşmüş hesab olunur. Ərazidə xilasedicilər çalışırlar. Qeyd olunur ki, bu cür hadisələr KDR-də kifayət qədər tez-tez baş verir. Əsas səbəblər isə qayıqların həddinən artıq yüklənməsi və xilasetmə jiletləri kimi təhlükəsizlik vasitələrinin olmamasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью