News24 saytına istinadən Icma.az xəbər verir. "Qaymoritdən danışmadan öncə burunətrafı ciblər haqqında məlumat vermək lazımdır.
Belə ki, burunətrafı ciblər bizim üz skletimizin içində olan havalı boşluqlardır.
Bu boşluqların tamamı da burun içinə açıldığı üçün burunətrafı ciblər adlanır.
Latın və ingilis dilində sinuslar adlandırıldığı üçün bunların iltihabına sinusit deyilir.
Ümumiyyətlə, burunətrafı ciblər alın cibləri, əng cibləri, xəlbir hüceyrələri və əsas ciblər olaraq 4 qrupa bölünür".
Bu sözləri News24.az-a danışan uzman doktor Elnur Əkbərov deyib.Onun sözlərinə görə, burunətrafı ciblərin bir neçə əsas funksiyası var ki, bunlar bizim sağlamlığımızda rol oynayır.
"Bunlardan birincisi nəfəs aldığımız havanın isinməsidir, nəfəs aldıqca hava kütlələri isinir ağciyərlərimizə isinmiş hava keçir.
İkincisi rezonator funksiyadır, yəni, bizim nitqimizdə iştirak edir.