Qaynar kabusdan Botafoqo ya Ölümə meydan oxuyan TRANSFER

11.10.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Braziliyanın "Botafoqo" klubunun yeni transferi dünya mediasının diqqətini cəlb edib.

Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, klubun akademiyasına qoşulan Bernardo Lopesin həyat hekayəsi bu transferə xüsusi diqqət çəkib.

Belə ki, bir yaşında üzərinə qaynar su dolu qazan aşan Lopes yeddi ay xəstəxanada qaldıqdan sonra möcüzə nəticəsində sağ qalıb.

O, yanıq xəsarətləri almasına baxmayaraq, ən çox sevdiyi işi etmək, yəni futbol oynamaq xəyalının arxasınca gedib.

Beləliklə, futbol skautları qarşısında keçirilən turnirdə istedadı ilə "Botafoqo" nümayəndələrinin diqqətini cəlb edib və klub 11 yaşlı futbolçu ilə rəsmi müqavilə bağlamaq qərarına gəlib.

Bernardo Lopesin həyat hekayəsi sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.

Murad Nəsimi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью