Qaynar su torbası qəfildən qadının qarnını yandırdı

28.12.2024

Icma.az, Sonxeber.az portalına istinadən məlumatı açıqlayır.

Qaynar su torbası qəfildən qadının qarnını yandırdı

Bursanın İnegöl mahalı, Yeni Mahalle, Kazım Karabəkir küçəsində yerləşən bir ərazidə yaşayan A.Kübra (35) evində qorxulu anlar yaşadı.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, qarında ağrıları olan qadın qaynar su torbasına qaynar su tökərək qarnına qoyub. Qaynar qabındakı su qəfil partlayaraq A.Kübranın üzərinə tökülüb.

Xəbərdarlıq üzərinə hadisə yerinə həkim qrupları sövq edilib. Həkim qrupları A.Kübraya ilkin tibbi yardım göstərərək onu İnegöl Dövlət Xəstəxanasına aparıblar.

Gənc qadının qarnında 2-ci dərəcəli yanıq xəsarətləri olduğu bildirilib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью