Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mətbəxdə tez-tez edilən kiçik səhvlər bəzən saatlarla hazırlanan ət suyunun dadını korlaya bilər. Ən böyük mübahisə mövzularından biri isə sarımsağın ət suyuna nə vaxt əlavə edilməsidir.
Milli.Az xəbər verir ki, bir çox insan ət suyunun daha ətirli olması üçün sarımsağı qaynama prosesinin əvvəlində və ya ortasında əlavə edir. Lakin mütəxəssislər xəbərdarlıq edir: sarımsaq uzun müddət yüksək temperaturda (qaynayan suda) qaldıqda tərkibindəki efir yağları parçalanır və şorba və ya ət suyunda acı, xoşagəlməz bir dad yarada bilər. Həmçinin, sarımsağın bütün vitamin və şəfalı xüsusiyyətləri itir.
Sarımsaq və ya digər ədviyyatlar səbəbindən ət suyunun dadı acılaşıbsa və ya həddindən artıq ağırlaşıbsa, bu praktik üsullarla vəziyyəti xilas edə bilərsiniz:
Ət suyunun içinə bir ədəd bütöv, soyulmuş çiy kartof atın. Kartof artıq acılığı və kəskin dadı özünə çəkəcək.
Bir dəstə cəfəri saplağını ət suyuna əlavə edib 5 dəqiqə qaynatdıqdan sonra çıxarın. Bu, dadı balanslaşdıracaq və təravət verəcək.
Bir neçə damcı təzə sıxılmış limon suyu sarımsağın ağır qoxusunu və acılığını neytrallaşdıra bilər.
Ət suyunun şəffaflığını və sarımsağın faydasını qorumaq üçün onu ocağı söndürməyə 5-10 dəqiqə qalmış və ya yemək hazır olduqdan sonra əlavə etmək lazımdır. Əgər sarımsağı bütöv deyil, əzilmiş halda istifadə edirsinizsə, onu ən sonda əlavə etmək daha doğrudur.
Ət suyunun bulanıq olmaması üçün qaynamağa başlayanda üzərində yaranan köpükləri (kəfi) mütləq yığın. Həmçinin, suyu çox yüksək odda deyil, zəif atəşdə bişirmək lazımdır.
Lalə Qüdrətova
Milli.Az