Qaz balonu partladı, avtomobil yandı 2 yaralı var Fotolar | Icma.az
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq. Yevlaxda minik maşınının yanması nəticəsində 2 nəfər xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə keçmiş yun zavodu binası yaxınlığında baş verib.
Belə ki, “Mitsubishi” markalı avtomobilin yük yerinə yığılan qaz balonunda baş verən yanğın partlayışa səbəb olub.
Nəticədə avtomobildə olan 2 nəfər xəsarət alıb, avtomobil isə yararsız vəziyyətə düşüb. Yanıq xəsarətləri alanlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. Ziya Əmirxanlı Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu