Qaz balonu partlayışı nəticəsində yaralanan ana və oğlunun son durumu

22.03.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Ötən gün Gəncədə qaz balonu partlayışı nəticəsində yaralananlar evə buraxılıb.

TƏBİB-dən "Unikal"a bildirilib ki, partlayışda zərərçəkən iki nəfər martın 21-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Pasiyentlərə üz nahiyəsinin yüngül yanıq diaqnozları təyin olunub. Onlara zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью