Qaz kəmərində partlayış: 100 dən çox...

01.04.2025

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Malayziyanın Selangor əyalətinin Putra Heights bölgəsində yerli vaxtla saat 08.10-da şiddətli partlayış baş verib.

News24.az xəbər verir ki, yaşayış məntəqələrinə yaxın ərazidən keçən təbii qaz kəmərində baş verən partlayışdan sonra başlayan, saatlarla davam edən yanğın ətrafdakı evlərə və avtomobillərə keçib.

Hadisə yerinə gələn yanğınsöndürənlər ərazidə yaşayan insanları təxliyə etməyə başlasa da, ilkin məlumata görə, 112 nəfər xəsarət alıb, 49 evə ziyan dəyib. Selangor əyalətinin səlahiyyətliləri Putra Heights məscidinin fövqəladə mərkəz elan edildiyini açıqlayıb.

Günel Məlikzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью