Qaz kondensatı hasilatında geriləmə: Bir neçə səbəb göstərilir

04.08.2026

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İqtisadiyyatın bir çox sahələrində göstəricilər ürəkaçan deyil. Xüsusilə enerji məhsulları hasilatı azalır. Neft-qaz sektoru getdikcə ölkəyə daha az valyuta gətirir. Qaz kondensatı hasilatı pandemiyadan sonra artmağa başlasa da, indi bu istiqamətdə işlər yaxşı getmir.

Bizimyol.info xəbər verir ki, qaz kondensatı hasilatında geriləmə var. 2026-cı ilin birinci yarısında Azərbaycanda 2259,94 min ton qaz kondensatı hasil edilib. Bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz azdır.

Ümumiyyətlə, 2023-cü ildən sonra bu sahədə durğunluq nəzərə çarpır. Həmin il hasilat 5,2 milyon tonu keçmişdi. Sonrakı iki il ərzində azalma 300 min ton civarında olmuşdusa, 2026-cı ildən sürət yüksəlib.

Hər şeydən əvvəl qaz kondensatı hasilatını təbii qaz hasilatı ilə səhv salmamaq lazımdır. Təbii qaz əsasən qaz halında olan karbohidrogenlərdən, qaz kondensatı isə maye halına düşən yüngül neft fraksiyalarından ibarətdir. Yəni qaz kondensatı yerin altında yüksək təzyiqdə qazın tərkibində olsa da, yer səthinə çıxdıqda maye halına keçir.

Rəsmi açıqlamalarda hasilatın azalmasının əsas səbəbləri kimi 2025-ci ildən etibarən qaz yataqlarındakı təbii təzyiq dəyişiklikləri və profilaktik işlərin həyata keçirilməsi göstərilir. Bildirilir ki, Cənub Qaz Dəhlizi və “Şahdəniz-2” layihəsinin tam gücü ilə işə düşməsi hasilatın da yüksəlməsində vacib rol oynamışdı. Guya bəzi dəyişiklər və işlər müvəqqəti eniş göstəriciləri ortaya çıxarıb.

Adətən, neft hasilatının azalması qaz kondensatı göstəricilərinə böyük təsir göstərmir. Çünki neftlə birlikdə yerin təkindən səmt qazı əldə olunur. Bunun tərkibində qaz kondensatı da ola bilər. Lakin neft hasilatının azalması kondensat göstəricilərinin bu qədər aşağı düşməsinin əsas səbəbi sayıla bilməz.

İş orasındadır ki, Azərbaycanda qaz kondensatı əsasən “Şahdəniz” və “Abşeron” təbii qaz yataqlarından alınır. Görünür, təbii qaz əldə olunmasında hər hansı texniki, geoloji və ya infrastruktur problemi qaz kondensatının da hasilatının azalmasına birbaşa səbəb olur.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью