Axar.az saytına istinadən Icma.az xəbər verir. Naxçıvan Muxtar Respublikasında əhaliyə verilən təbii qazın limiti artırılmalıdır.
Axar.az Report-a istinadən xəbər verir ki, belə bir təkliflə deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.
O bildirib ki, Naxçıvanın iqlimi digər regionlardan fərqlənir: “Bu ərazilərdə qış daha uzun və sərt keçir.
Buna görə də əhaliyə verilən təbii qazın limiti artırılmalıdır”.
Deputat əlavə edib ki, Naxçıvanda sosial layihələrə ayrılan vəsaitlərin də konkret layihələr əsasında təqdim edilməsi məqsədəuyğun olardı: “İllik olaraq ayrılan vəsaiti vaxtında çatdırmaq mümkün olmur.
Buna görə də vəsaitlər layihələrə əsasən verilsə, daha effektiv olar”. S.
Novruzov həmçinin hərbçilərin, mühəndislərin, həkimlərin, müəllimlərin və digər kateqoriyadan olan şəxslərin kirayə haqlarının ödənilməsi üçün kompensasiya məbləğinin artırılmasını təklif edib.
Onun sözlərinə görə, Nazirlər Kabineti bu məsələyə yenidən baxmalıdır.