Qaz olmayacaq sakinlərin nəzərinə!

06.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

07.11.2024-cü il saat 10:00-dan etibarən Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, Qaradağ rayonu, Lökbatan qəsəbəsində və Nərimanov rayonunda təmir-quraşdırma işləri aparılacaq.

Bu barədə Modern.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Təmir işləri görülən müddətdə Sulutəpə qəsəbəsinin Hərbi yol ərazisinin, Lökbatan qəsəbəsinin 28 May küçəsinin, Nərimanov rayonunun isə R.Muxtarov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью