Qaz olmayan məktəbləri qızdırmaq üçün 7.4 milyon manat xərclənəcək

11.02.2026

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Elm və Təhsil Nazirliyinin (ETN) Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bərk bioyanacaq-ağac peletinin və odun yanacağının satın alınması üçün tender elan edib.

Oxu.Az-ın məlumatına görə, nazirlik bunun müqabilində 7 milyon 439 min 695.27 manat ödəməyi planlaşdırır.

Tender nəticəsində ETN 10 070 ton bərk bioyanacaq - ağac peleti (daşınma daxil olmaqla) və 1 038.5 kubmetr odun yanacağı (daşınma daxil olmaqla) əldə edəcək.

Rəşid Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью