Qaz pedalı ilə əyləci səhv saldı Maşını “Araz”a girdi Video

22.05.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bu gün Abşeron rayonu Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Kia Rio” markalı avtomobil idarəetmədən çıxaraq “Saray” MTK binasının 1-ci mərtəbəsində yerləşən “Araz” marketə daxil olub.

Qəza zamanı xəsarət alan olmasa da, marketə və maşına ciddi ziyan dəyib.

“Sumqayıt24”ün məlumatına görə, qəzaya sürücünün qaz pedalı ilə əyləci səhv salması səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью