Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Almaniyanın Kel şəhərində qaz qızması xəbərdarlığından sonra hadisə yerinə gələn xilasetmə qrupları dəhşətli mənzərə ilə qarşılaşıblar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə göndərilən polis, tibb və yanğınsöndürmə qrupları mənzildə çoxsaylı cəsəd aşkarlayıblar. Uşaqlar da daxil olmaqla bəzi yaralılara dərhal ilkin tibbi yardım göstərilib.
Offenburq Polis İdarəsinin açıqlamasında hadisənin araşdırıldığı bildirilsə də, hələlik ölənlərin dəqiq sayı və hadisənin səbəbi ilə bağlı məlumat verilməyib.
İbrahim Cəfərov