Qaz təchizatı ilə bağlı peşəkar briqadalar olmalıdır Dəm qazı can alır | Icma.az
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. “Qaz təchizatına istehlakçılar cavabdehdirlər.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qaz təchizatçısı yalnız sayğaca qədər məsuliyyət daşıyır.
Qaz, istilik həyat üçün vacibdir, lakin unutmaq olmaz ki, bu, evlərimizə girmiş əcəldir və hər an bizi yaxalaya bilər”.Bu fikirləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, qazdan düzgün istifadə etmək lazımdır və bunun üçün istifadə və təhlükəsizlik qaydalarını bilmək vacibdir:“Qazdan düzgün istifadə etmədikdə sızma baş verə və ölümlə nəticələnə bilər.
Dəm qazından boğulma halları, adətən, qazla təchiz edilməyən rayonlarda yaşayan, evində qaz istifadə etməyən insanların başına gəlir.
Xüsusilə, rayonlardan gəlib şəhərdə kirayə yaşayan insanların yaşadığı evdə, mənzildə qaz sızması halları baş verir.
Təəssüf ki, ən çox da qış fəslində, soyuq hallarda dəm qazından ölüm halları baş verir.
Müşahidələrə əsasən, daha çox həyət evində yaşayanlar evlərini qazlaşdırmaq üçün qeyri-peşəkar şəxslərə müraciət edirlər.
Tam oxu
Xəbəri oxu