Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 6 may, AZƏRTAC
“QazaqAir” aviaşirkəti adını “VietJet Kazakhstan” olaraq dəyişdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın “Kazinform” agentliyi məlumat yayıb. Bildirilib ki, bununla bağlı Astanada Qazaxıstan-Vyetnam biznes dəyirmi masasında müvafiq saziş imzalanıb. “SamrukKazyna” ASC-nin İdarə Heyətinin sədri qeyd edib ki, sövdələşmə kompleks özəlləşdirmə planı çərçivəsində əldə olunub və bu strateji tərəfdaşlıq aviaşirkətin, o cümlədən bütün sektorun təkcə inkişafına deyil, həm də hər iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlib.
Bildirilib ki, bu əməkdaşlıq qarşılıqlı artım və regional münasibətlərin inkişafı üçün yeni üfüqlər açacaq.