Qazax Dövlət Dram Teatrı yeni mövsümün açılışını edib

13.09.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazax, 13 sentyabr, AZƏRTAC

Qazax Dövlət Dram Teatrı 89-cu mövsümə “Sonrakı peşmanlıq” tamaşası ilə start verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşada insan münasibətləri, verilən yanlış qərarların doğurduğu ağır nəticələr və zamanında qiymətləndirilməyən dəyərlərin sonradan yaratdığı peşmanlıq hissi ön plana çıxarılır.

Səhnə əsəri tamaşaçını həyat seçimləri, məsuliyyət və mənəvi dəyərlər üzərində düşünməyə sövq edir.

Tamaşanın müəllifi, quruluşçu rejissoru və musiqi tərtibatçısı Vüsal Hüseynovdur. Səhnə əsərində rejissor assistenti kimi Ceyhun Vəlizadə, quruluşçu rəssam kimi isə Samir Həsənov çalışıb.

Rolları Ceyhun Vəlizadə, Zəmanə Dərviş, Minayə İbrahimova, Nəsimi Aşbazov, Kamil Məmmədov, Əhməd Musayev və Həbibə Musayeva canlandırıblar.

Müxbir - Ruslan Novruzoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью