Idman.biz saytına istinadən Icma.az xəbər verir. Orta çəki dərəcəsində IBF və WBO versiyaları üzrə hələlik qüvvədə olan dünya çempionu Janib
B dopinq nümunəsinin nəticəsi də müsbət çıxıb. İdman.Biz xəbər verir ki, A nümunəsində olduğu kimi, B nümunəsində də boksçunun orqanizmində
Bu isə Alimxanulı üçün çempionluq kəmərlərinin itirilməsi və böyük ehtimalla azı bir il müddətinə diskvalifikasiya deməkdir.
Qazaxıstan Respublikasının Peşəkar Boks Federasiyasının prezidenti Rahimjan Erdenbekov məsələ ilə bağlı açıqlama verərək bildirib ki, ABŞ-dəki VADA laboratoriyasından daxil olan yekun ekspertiza 34 səhifəlik sənədlə təsdiqlənib və B nümunəsi də dopinq faktını rəsmiləşdirib.
Onun sözlərinə görə, Janibek federasiyanın lisenziyalı boksçusu olduğu və son döyüş Astananın ev sahibliyi etdiyi gecədə keçirildiyi üçün hazırda iş federasiyanın yurisdiksiyasındadır.
Əsas sual isə qadağan olunmuş maddənin qəsdən, yoxsa bilmədən qəbul edilib-edilməməsidir.
Mütəxəssislərin fikrincə, vəziyyət son dərəcə ağırdır və meldoniumun orqanizmə hansı yolla düşməsi yekun nəticəyə ciddi təsir göstərməyə bilər.
Anti-dopinq qaydalarına əsasən əsas meyar maddənin aşkarlanması faktıdır.