Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq. Dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “E
Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri, general-mayor Alnur Musayev deyib.
O qeyd edib ki, yaz-yay aylarında Qazaxıstanda müxalif informasiya meydanı “təmizlənib” və vəziyyət Rusiyadakı kimidir.
Generalın fikrincə, buna görə də hətta Qazaxıstanın “müxalifət” adlanan KİV-ləri də təyyarə qəzasının Rusiya versiyasını, yəni bunun “quş sürüsü ilə toqquşma” olduğu iddiasını təbliğ edir və həqiqəti hər vasitə ilə gizlədilməyə çalışırlar.
Musayev qeyd edib ki, dünən Rusiyada olduğu kimi Qazaxıstanda da hökumətin iclasında təyyarənin vurulmasından Rusiya Silahlı Qüvvələrinin məsul olması ilə bağlı sualdan yayınılaraq, fəlakətdə quşların iştirakından danışılıb.
“Daha doğrusu, hər hansı nəticə çıxarmağın tez olduğunu deyirlər.
Ola bilsin ki, tezdir, amma bu gün bütün əlamətlər fəlakətin məhz Rusiya silahlı qüvvələrinin təqsiri üzündən baş verdiyinə işarə edir.
Buna görə, mülki təyyarə Qroznıda vurulub” – general vurğulayıb.