Qazax İcevan yolu ilə bağlı yeni xəbər var

03.02.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Türkiyə və Azərbaycanı Rusiya ilə birləşdirən dəmir yolunu birgə bərpa etməyi gözləyir.

Modern.az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib.

O qeyd edib ki, Ermənistan Qazax-İcevan və Qars-Gümrü dəmir yolları ilə bağlı ölkə ərazisindəki hissələrin bərpa işləri üçün Rusiya ilə danışıqları davam etdirir. 

"Biz başa düşürük ki, bu hissələrdə bərpa işləri onlarla birgə, yəni Rusiya tərəfinin birbaşa iştirakı ilə aparılacaq", - o qeyd edib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью