Qazax klubu altı oyundan sonra baş məşqçini qovdu

18.08.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstanın “İrtış” klubu baş məşqçisi Marat Yeslyamovla əməkdaşlığa son qoymağa hazırlaşır.

İdman.Biz “SportKZ”yə istinadən xəbər verir ki, Pavlodar təmsilçisi 48 yaşlı mütəxəssislə müqavilənin qarşılıqlı razılaşma əsasında ləğvi barədə razılığa gəlib.

Klub rəhbərliyi Yeslyamovun əvəzləyicisini də artıq müəyyənləşdirib. Yeni baş məşqçinin avqustun 21-də fəaliyyətə başlaması gözlənilir.

Yeslyamov “İrtış”ın baş məşqçisi postuna iyulun 1-də təyin olunub. O, bu vəzifədə Nurbol Jumasqaliyevi əvəzləyib.

Komanda onun rəhbərliyi altında altı oyun keçirib. “İrtış” bu qarşılaşmalarda iki qələbə qazanıb, bir heç-heçə edib və üç dəfə məğlub olub. 22 turdan sonra Pavlodar klubu Qazaxıstan Premyer Liqasının turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью