Qazax rayonunda bədbəxt hadisə: Ata və övladı göldə boğulub

20.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Qazax rayonunda iki nəfərin göldə boğulması ilə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

XQ xəbər verir ki, hadisə rayonun Cəfərli kəndi ərazisində yerləşən göldə baş verib. İlkin məlumatlara görə, rayon sakinləri R.Xəlilov və onun övladı R.Xəlilova göldə çimərkən boğulublar.

Hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qüvvələri dərhal əraziyə cəlb edilib. Hazırda dalğıc-axtarış qrupları tərəfindən batdığı ehtimal edilən şəxslərin tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью