Qazax teatrı Novruz bayramına həsr olunan tamaşa təqdim edib

21.03.2025

Icma.az, Sia Az saytına istinadən bildirir.

Qazax Dövlət Dram Teatrının kollektivi Novruz bayramında balaca tamaşaçılarını sevindirmək üçün hazırlanan yeni tamaşanı təqdim edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Ünsürlərin sirri – Bulağın sehri” adlı nağıl-tamaşa təbiətin oyanışını özünəməxsus şəkildə ifadə edir. Səhnə əsəri balaca tamaşaçılar tərəfindən maraqla qarşılanıb, aktyorların performansı alqışlarla müşayiət olunub.

Ceyhun Vəlizadənin eyni adlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Allahverdi Musayevdir. Rolları Xaqan Qurbanov, Ceyhun Vəlizadə, Rüfət Ömər, Aytac Cəfərova, Zəmanə Dərviş, Vüsal Hüseynov, Məmməd Hacalıyev, Əhməd Musayev ifa edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью