Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Qazaxda Kür çayında və Qubada Qudyalçayda batdığı ehtimal olunan iki nəfərin axtarışları davam edir.
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Noyabrın 22-də 1963-cü il təvəllüdlü Yaqub Məmmədovun Kür çayının Qazax rayonunun Birinci Şıxlı kəndindən keçən hissəsində, 1997-ci il təvəllüdlü Xəyal Muradovun isə Qudyalçayın Quba rayonundan keçən hissəsində batdığı ehtimal olunur.
Axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri aparır. Nazirlik əlavə məlumat veriləcəyini bildirib.