Qazaxda 17 yaşlı yeniyetmə faciəli şəkildə dünyasını dəyişdi

20.12.2024

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Qazax rayonunda 17 yaşlı yeniyetmə faciəli şəkildə dünyasını dəyişib.

Teleqraf.com-un bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Quşçu Ayrım kənd sakini, 2007-ci il təvəllüdlü İsgəndərli Məcid Surxay oğlu idarə etdiyi "Belarus" markalı tarktoru aşırıb.

Nəticədə yeniyetmə hadisə yerində dünyasını dəyişib.

Hadisə şahidlərinin bildirdiyinə görə, o, traktor sürməyi öyrənmək üçün sükan arxasında əyləşib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью