Qazaxda 73 yaşlı gürcüstanlı TIR sürücüsü ölü tapıldı

11.10.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qazaxda kişi meyiti tapılıb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində qeydə alınıb.

Gürcüstan vətəndaşı, 73 yaşlı L. Lanxavanın meyiti idarə etdiyi TIR markalı yük avtomobilində aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, L. Lanxava ürək tutmasından vəfat edib.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью