Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.
Belə ki, “Tofaş” və “Opel” markalı maşınların toqquşması zamanı ilə 3 nəfər hadisə yerində ölüb, iki nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
***
Qəza nəticəsində 1994-cü il təvəllüdlü Sənan Dərgahquliyev, onun azyaşlı qızı Güllər Dərgahquliyeva və azyaşlı oğlu həlak olub.
Yunis Quliyev