Qazaxda AĞIR QƏZA: Bir nəfər həyatını itirdi

13.01.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

Qazaxda avtomobillərin toqquşması ölümlə nəticələnib. 
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində baş verib. 
Hərəkətdə olan minik avtomobili qarşıda gedən ağır tonnajlı yük maşınına arxadan çırpılıb.
 

Qəza zamanı minik avtomobilində olan K. Salmanov hadisə yerində həyatını itirib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.


Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью