Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qazaxda iki avtomobilin toqquşması ölümlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Xanlıqlar kəndi ərazisində baş verib.
Hərəkətdə olan "Mercedes" və "Opel" markalı avtomobillərin toqquşması zamanı iki nəfər həlak olduğu bildirilir.
Hadisə yerinə təcili tibbi yardım briqadası, polis əməkdaşları cəlb olunub. Qəza zamanı ölənlərin şəxsiyyəti və hadisənin başvermə səbəbləri dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu