Qazaxda ANAMAnın əməkdaşının evdən meyiti tapılıb

29.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Qazaxda 43 yaşlı kişinin meyiti mənzildən tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Ağdam rayon sakini, 1981-ci il təvəllüdlü Vasif Yaqubovun meyiti yaşadığı mənzilin hamam otağında tapılıb.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə təhvil verilib. Onun ölüm səbəbləri dəqiqləşdirilir.

Qeyd edək ki, mərhumun ANAMA-nln əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью